Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2” və “Mərdəkan bağları” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Türkan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.