7 Dekabr 2015 20:38
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının 14-cü turunda "Valensiya" ilə keçirilən oyun "Barselona" üçün əlamətdar olub.

Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Kataloniya təmsilçisi 17 ildən sonra ilkə imza atıb.

Baş məşqçi Luis Enrike bu görüşdə meydana buraxdığı 11 futbolçudan heç birini əvəzləməyib. Bununla da, "Barselona" 17 il sonra bir oyunu futbolçu dəyişikliyi olmadan keçirib.

Qeyd edək ki, "Barselona" sonuncu dəfə 1998/1999 mövsümündə "Extremadura" ilə oyunda 90 dəqiqəni meydana çıxdığı "11"liklə tamamlayıb. Həmin vaxt Lui van Qalın çalışdırdığı "Barselona"nın qoluna da məhz indiki baş məşqçi Luis Enrike imza atıb.


Müəllif:

Oxşar xəbərlər