18 Dekabr 2015 01:24
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqası çərçivəsində Moskvanın "Lokomotiv" klubu ilə matç keçirəcək Türkiyənin "Fənərbaxça" klubuna xüsusi təyyarə ilə Rusiyaya səfər etmək izni verilməyib.

Avropa.info xəbər verir ki, Rusiya tərəfi "Fənərbaxça" futbolçularını gətirəcək xüsusi təyyarəni qəbul etməyəcəyini bildirib.

Rusiyadan icazə almaq üçün bütün imkanları məhdudlaşan "Fənərbaxça" klubu Moskvaya tarifli təyyarə ilə getmək qərarı verib. "Fənərbaxça" klubu Moskvaya uçacaq sərnişin təyyarəsinin bütün biletlərini almaqla vəziyyəti həll etmək fikirindədir.

Qeyd edək ki, adətən futbol klubları xarici səfərlərə xüsusi təyyarə ilə gedirlər.


Müəllif:

Oxşar xəbərlər