19 Dekabr 2015 01:09
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub.


APA-nın “Azərtac”-a istinadən verdiyi məlumata görə, dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb.

22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.

Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.


Müəllif:

Oxşar xəbərlər