21 Dekabr 2015 01:28
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İspaniya çempionatının (La Liqa) növbəti turunda sensasiyalı hesab qeydə alınıb.


APA-nın məlumatına görə, “Real” Madrid doğma Santyaqo Bernabeu stadionunda “Rayo Valekano”nu darmadağın edib.


Oyun 10:2 hesabı ilə “Real”ın xeyrinə başa çatıb.


“Real”ın qollarını Danilo (3-cü dəqiqə), Beyl (25, 41, 60, 70), Ronaldo (30, penalti, 50) və Benzema (48, 80, 90) vurub.


Rəqib komandada isə Amaya (10) və Jozabed (12) fərqləniblər.


Müəllif: