"Barselona"nın hücumçusu Sandro Ramires gələn ay İngiltərə Premyer Liqasında oynaya bilər.
20 yaşlı futbolçu ilə "Tottenhem" klubu yaxından maraqlanır.
"Barselona"nın əsas heyətinə düşməkdə çətinlik çəkən Ramires daimi oynaya biləcək komandaya keçmək niyyətindədir. London klubu ispaniyalı futbolçu üçün 12 milyon avro ödəməyə hazırdır. "Barselona" ilə razılıq əldə olunacağı təqdirdə Ramires yanvar ayından "Tottenhem"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Ramires cari mövsüm 18 oyunda iştirak edib və 3 qol vurub.