27 Dekabr 2015 14:23
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş Polşa əsilli Avstraliyanı təmsil edən Pol Slovinski üzərdə qələbə qazanıb.

Teleqraf.com-un “Report”a istinadən yaydığı xəbərə görə, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.
Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA seriyası üzrə, 3-ü K-1 versiyası üzrə.

Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində “Mauqli” ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsədə sonda məğlub olmuşdu.

Bu gün keçirilən döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacarıb.


Müəllif:

Oxşar xəbərlər