31 Dekabr 2015 19:12
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” klubu daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, La Liqanın 17–ci turunda hazırda “Betis”lə qarşılaşan (4:0) kataloniyalılar bir ildə ən çox qol vuran İspaniya klubu olub.

Lionel Messinin qolu ilə “Real”ın rekordunu (178 qol) yeniləyən “Barsa” Luis Suaresin fərqlənməsi ilə madridlilərin rekordunu qırıb.

Onu da qeyd edək ki, bu qolların 76 faizini Messi, Suares və Neymar vurub. Messi 2015-ci ildə 48, Suares, 47, Neymar isə 41 dəfə rəqib qapılarına yol tapıb.


Müəllif:

Oxşar xəbərlər