Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarına start verilib.
Teleqraf.com-un məlumatına görə, turun ilk oyununda paytaxtın "Bakı" klubu "İnter" i qarşılaşıb.
Turun açılış matçında azarkeşlər paytaxt derbisində maraqlı oyunun şahidi olublar. Oyun "bankirlər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "bankirlər" xal ehtiyatlarını 57-yə çatdıraraq ikinci yerdəki mövqeyini qoruyub saxlaya bilib.
Bu matçın startından iki saat sonra "Neftçi" öz meydanında "Sumqayıt"la, "Rəvan" isə "Qəbələ" ilə qarşılaşacaq.
Premyer Liqanın vahid lideri "Qarabağ" klubu Zaqatalada "Simurq"un qonağı olacaq.
Tura "Xəzər Lənkəran" - AZAL matçı ilə yekun vurulacaq.