10 Yanvar 2016 21:29
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Udine şəhərində yenidən qurulmuş “Friuli” stadionunun adı bu il yanvarın 17-də dəyişdirilərək “Dacia Arena” adlandırılacaq.

Həmin gün adı təzələnən stadionda “Udinese” və “Yuventus” futbol klubları qarşılaşacaq.

Xatırladaq ki, Rumıniyanın “Dacia” avtomobil şirkəti “Udinese” klubunun rəhbərliyi ilə 7 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən stadionun “Daci Arena” adlandırılmasına görə şirkət kluba illik 500 min avro ödəyəcək. 25 min yerlik stadionun yenidən qurulması 25 milyon avroya başa gəlib.


Müəllif: