28 Yanvar 2016 19:44
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter" klubu Topaz Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 4 yeni futbolçu sifariş edib.

Qol.Az-ın məlumatına görə, bunlar yeni transferlər - Kamran Ağayev, Vüqar Nadirov, Sezar Meza Kolli və Qara Qarayevdir.

Artıq həmin futbolçuların "İnter"də hansı nömrə altında çıxış edəcəkləri də müəyyənləşib. Kamran Ağayev 1, Vüqar Nadirov 17, Sezar Meza Kolli 23 və Qara Qarayev 9 nömrəli formanı geyinəcək.

Daha öncə 17 nömrəli formanı geyinən Mirsahib Abbasov 77, Denis Silva Kruz isə 3 nömrəli forma ilə çıxış edəcək.


Müəllif: