21 Fevral 2016 14:26
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb.

O, finalda 14.700 bal toplayıb.

Gimnastikanın bu növündə qızıl medalı türkiyəli İbrahim Çolak qazanıb, gümüş medalı isə yaponiyalı Kadzuma Kayi əldə edib.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.


Müəllif: