Fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkisinə qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək.
"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
O bildirib ki, 2 ölkə səsvermədən kənarlaşdırılıb. Bunlar Küveytlə İndoneziyadır.
Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda 6 namizəd mübarizə aparacaq.