29 Fevral 2016 16:29
427

İstanbulun "Qalatasaray" klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Dənizli günorta məşqinə çıxmayıb.

Futbolçular və heyətlə vidalaşan məşqçinin istefa qərarının yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

Son dövrlər qeyri-stabil oyun göstərən "Qalatasaray" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Uğur


Müəllif: