Birinci divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan “Şahdağ” – “Ağsu” matçı qalmaqalla yadda qalıb.
Teleqraf.com-un rekord.az-a istinadən yaydığı xəbərə görə, düşən dava zamanı azarkeşlər meydançaya çıxıb, futbolçular isə qaçaraq canlarını qurtarıblar.
Qusarlı azarkeşlərin qəzəblənməsinə əsas səbəb “Ağsu”nun futbolçusunun tribunadakılara qeyri-etik jest göstərməsi olub.
Videonun 16-cı saniyəsində bunu rahatlıqla görmək olur.
Həmin anların videosunu təqdim edirik:
Qeyd edək ki, videoda qeyri-etik sözlər işlədilib.