17 Aprel 2016 14:30
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “Çelsi” klubunun sabiq baş məşqçisi Joze Mourinyo digər İngiltərə klubu “Mançestr Yunayted” ilə 3 illik müqavilə imzalayıb.


APA-nın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, J. Maurinyo “Mançestr-Yunayted” klubunun baş məşqçisi postunda Lui Van Qalı əvəz edəcək.


Lui Van Qalın 2014-cü ildən baş məşqçisi olduğu “Mançestr-Yunayted” 33 turdan sonra İngiltərə çempionatında 56 xalla 5-ci yeri tutur. Komanda artıq Çempionlar Liqası və Avropa Liqasında çıxışını dayandırıb.

Xatırladaq ki, J. Mourinyo keçən ilin dekabrında “Çelsi” klubundan istefaya göndərilib.


Müəllif: