19 Aprel 2016 21:10
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino yığma komanda ilə yollarını ayırıb. İspaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.

Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Perez Moreno Gomez Faustino 2014-cü ildə milli mkomandanın baş məşqçisi olub. Perez məşqçi karyerasını 1996-cı ildə başlayıb. O, ilk dəfə "KLM Talaver" klubunun baş məşqçisi olub. İlk mövsümdə İspaniya çempionatının qalibi olub.

/ANS/


Müəllif:

Oxşar xəbərlər