3 May 2016 15:43
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin və Premyer Liqanın 32-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Aprelin 27-də Azərbaycan Kubokunun 1/2 mərhələsinin "Neftçi" - "Qəbələ" matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Aleksey Qay və oyunun 86-cı dəqiqəsində "Neftçi" klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanıb.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

- Oyunun 74-cü dəqiqəsində "Qəbələ" klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur.

- Oyunun 86-cı dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandıracaq.

Mayın 1-də Premyer Liqanın XXXII turunun "İnter" - "Sumqayıt" matçının 27-ci dəqiqəsində "İnter" klubunun 1 №-li futbolçusu Kamran Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində "Sumqayıt" klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Turun "Zirə" - "Qarabağ" matçı başa çatdıqdan sonra "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.


Müəllif:

Oxşar xəbərlər