Azərbaycanlı qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubu ilə yollarını ayırıb.
Bu barədə Frankfurt təmsilçisinin meneceri Brun Hübner açıqlama verib. O bildirib ki, üç futbolçu - Konstan Cakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qərar qəbul edilib. Komandadan gedəcək başqa futbolçular da olacaq.
Qeyd edək ki, Emil Balayev 2014-cü ilin sonlarında "Neftçi"dən "Ayntraxt"a transfer olunub.