''Neftçi'' - ''Qarabağ'' qarşılaşması qalmaqalla bitib.
Musavat.com xəbər verir ki, oyunun sonuncu dəqiqələrində Qarabağ hesabı açıb. Rəqib komandanın etirazı qalmaqala səbəb olub. Hər iki komanda arasında dava düşüb.
Komandaların baş məşqçiləri futbolçuları sakitləşdirməyə çalışıb. Hadisəyə polis əməkdaşlarıda müdaxilə edib.
Oyunda 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib.
Sözü gedən hadisənin fotolarını təqdim edirik: