“Fənərbaxça” ilə müqaviləsi başa çatan portuqaliyalı futbolçu Bruno Alveş karyerasını İtaliyada davam etdirəcək.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 35 yaşlı müafiəçi “Kalyari” ilə razılığa gəlib. Bugünlərdə tərəflər arasında müqavilə imzalanacğı gözlənilir.
Qeyd edək ki, “Kalyari” bu mövsüm İtaliya B Seriyasını ikinci pillədə başa vuraraq A Seriyasına vəsiqə qazanıb.