8 Avqust 2016 16:39
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin altı ayının nəticələrinə görə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı 45 faizədək artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir, iqtisadi sahədə əlaqələr çox uğurludur və qarşılıqlı investisiyaların həcmi ilbəil artır: “Bu ilin altı ayında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağı düşüb. Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı cari ilin altı ayının nəticələrinə görə 45 faizədək artıb. Bizim potensialımız daha böyükdür. Azərbaycan Rusiyaya ixrac və investisiya həcmlərini artırmaq niyyətindədir".

Şahin Mustafayev deyib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əsas məqsədi məhz Azərbaycana investisiyaların təşviq olunması, ölkəmizin ixrac potensialının artırılmasıdır. Həmçinin Rusiya bazarının bizim üçün çox əhəmiyyətli olduğunu nəzərə alaraq, məhz bu istiqamətdə Azərbaycan məhsullarının ixracının təşviqi və bu əməliyyatların sayını artırmaqdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər