Almaniyanın ən iri bankı “Deutsche Bank” SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini artırıb.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, “Deutsche Bank” “Petkim”in səhmlərinin hədəf qiymətini 9,5 faiz artıraraq 4,2 türk lirəsindən 4,6 lirəyə yüksəldib.
Sentyabrın 6-da “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq. İclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik paya sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.