4 Sentyabr 2016 16:37
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda modernləşdirmə işləri başlayıb.

Zavodun direktoru Oqtay Niftəliyev AZƏRTAC–a bildirib ki, işlərin gələn ilin avqust-sentyabr aylarında tam yekunlaşması nəzərdə tutulub. Zavodda yeni piroliz sobaları və nasoslar quraşdırılacaq, məhsuldarlığı artırmaq məqsədi ilə həm aparatlarda, həm də kolonlarda dəyişikliklər ediləcək.

Direktor qeyd edib ki, zavodun məhsullarına dünya bazarında tələbat artır. Məhsulların 90 faizi xarici bazar üçün nəzərdə tutulub. Keçən il 100 min tondan çox polietilen istehsal olunub ki, bunun da 90 min tonu ixraca yönəlib.


Müəllif: