“Nikoil Bank” istehlak kreditləri verilməsini dayandırıb.
Bankdan Teleqraf.com-a verilən məlumata görə, qərar bu ayın əvvəlindən qüvvədədir. Sentyabr ayından həm manat, həm də dollarla istehlak kreditlərinin verilməsi dayandırılıb.
Buna qədər bank həm manat, həm dollarda istehlak kreditlərini illik faiz dərəcəsi 28 faiz olmaqla verirdi. Komisyon haqq 1 % tutulurdu.
İstehlak kreditlərinin dayandırılması kredit şərtlərinin dəyişdirilməsi ilə əlaqələndirilir. Amma yeni şərtlərin nədən ibarət olduğu açıqlamır.