21 Sentyabr 2016 12:37
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı (WB) Azərbaycanı Yuxarı Orta-Gəlirli (Upper Middle-Income) ölkələr siyahısına daxil edib.

Bu siyahıya Azərbaycanla yanaşı dünyanın 55 ölkəsinin adı salınıb.

Gürcüstan, Türkiyə və Rusiya Azərbaycanla eyni siyahıda yer alsa da, Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır. Ümumilikdə bu siyahıya Ermənistanla birlikdə 52 ölkə daxildir.

WB bu kateqoriya üzrə ölkələri 4 qrupa ayırıb. Birinci qrup Aşağı Gəlirli (Low-Income) ölkələrdir ki, bura 31 ölkənin adı daxildir. Bankın sıralamasında Yüksək Gəlirli (High-Income) ölkələrin sayı isə 82 göstərilib.

Siyahıda ümumilikdə 200 ölkənin adı yer alıb.

Report.az


Müəllif: