3 Oktyabr 2016 11:23
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması ilk növbədə yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq. Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib: "Onsuz da biz hamımız Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsullarına üstünlük veririk. Sadəcə, onlar hazırda ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, ölkə dondurulmuş xarici məhsullara görə valyuta ödəməlidir".


Müəllif:

Oxşar xəbərlər