17 Oktyabr 2016 10:16
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 1 nəfər artaraq 595-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 977-dən 978-ə çatıb ("Report").


Müəllif:

Oxşar xəbərlər