Son günlər hava şəraitinin dəyişməsi və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz sistemi artıq qış rejiminə keçməyə hazırlaşır. Havaların soyuması ilə bağlı əhalinin təbii qaza olan tələbat artdığı üçün SOCAR-ın yeraltı qaz anbarlarına vurulan qazın miqdarı azaldılıb. Həmin həcmin böyük hissəsi hazırda əhaliyə verilir ki, bu da gündəlik 16-17 milyon kubmetr təşkil edir.