1 Noyabr 2016 11:51
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6471 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.

Bank dairələrindən əldə edilən məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6471 AZN/USD olub.

Son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olacaq. Bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.

Qeyd edək ki, bu gün, noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir ("Marja").


Müəllif:

Oxşar xəbərlər