Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın (Wencai Zhang) noyabrın 14-də Azərbaycana səfəri planlaşdırılır. ADB rəsmisinin səfəri iki gün davam edəcək.
Məlumatda deyilir ki, səfər zamanı V.Janqın Azərbaycan hökumətinin rəsmiləri ilə görüşü nəzərdə tutulur və görüşlərdə Azərbaycan ilə ADB arasında əməkdalıq perspektivlərinin müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, V.Janq sonuncu dəfə Azərbaycana 2015-ci ilin mayında ADB-nin Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etmək üçün səfər edib.//report.az