Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Teleqraf.com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,31% möhkəmlənərək 1,7091 səviyyəsində müəyyən olunub.
Bu gün dolların rəsmi məzənnəsi 1,7039 manat olub.
Noyabrın 17-də AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı dollar üçün 1,7039 məzənnəsi ilə başlayıb və 1,7089 məzənnəsi ilə yekunlaşıb.