19 Noyabr 2016 12:32
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurairi ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb.

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ ticarət əlaqələrinin 24 faiz artdığını qeyd edən İqtisadiyyat nazirinin fikrincə, kənd təsərrüfatı, emal, turizm, yük daşımaları, neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Şahin Mustafayev bildirib ki, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcək. Bundan başqa, qida sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları 29 noyabr-1 dekabr tarixlərində Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər.

BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial genişdir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər