Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.
Teleqraf.com-un xəbərinə görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar bahalaşaraq 53,18 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 55,44 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 56,21 dollar təşkil edib.