CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 55,58 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,86 dollar/barel azdır.
Aprelin 14 və 17-də Pasxa bayramına görə ticarət əməliyyatları aparılmayıb.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 54,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 52,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 18-də 53,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,44 dollar/barel azdır.
/Trend/