31 May 2017 14:43
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 20 faizi həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin öz üzərinə götürməsi isə bu rəqəmi 30 faizə çatdıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Ə.Məsimli deyib ki, büdcənin formalaşmasında neft sektorunun rolu böyükdür. Onun sözlərinə görə, yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər:

“Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar. Struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla korrupsiyanın ardan qaldırlmasına nail olmaqla büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər”.

Deputat qeyd edib ki, son 10 ildə Azərbaycan Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 milyard manatdan çox olub:

“Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur”.


Müəllif: Cavad

Oxşar xəbərlər