Yaponiyanın məşhur “Ajinomoto” qida istehsalçısı 181 milyon lirəyə Türkiyənin “Kükrə” qida şirkətinin qalan 50 faiz səhmlərini də alıb.
Teleqraf.com xəbər verir ki, “Ajinomoto”nun rəhbərliyi açıqlama verərək bildirib ki, bununla da şirkətin “Kükrə”dəki payı 50 faizdən 100 faizə yüksəlib.
“Ajinomoto” Türkiyənin öndə gedən qida markalarından mətbəx məhsulları istehsal edən “Örgən Qida”nı da bu il “Ülkər”dən alıb.
Yapon nəhənginin təmsilçi Sinan Altun bildirib ki, “Ajinomoto” şirkəti bu günə qədər Türkiyəyə 500 milyon TL-dən çox yatırım edib:
“Məqsəd “Ajinomoto”nun qlobal şəbəkəsi vasitəsi ilə Türkiyəni 5 il ərzində önəmli bir nöqtəyə çatdırmaqdır”.