6 Noyabr 2017 22:09
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brent markalı neftin bir barelinin qiyməti 63 dolları ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Belə ki, Brent markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri artaraq bir barelə görə 63,03 dollara çatıb./Report/

Qeyd edək ki, sonuncu dəfə neftin bu növünün qiyməti 2015-ci il iyunun 30-da bir barelə görə 62 dollar olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər