27 Noyabr 2017 11:46
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda köhnə tikililərin, xüsusən də “Xuruşşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul şirkətlər mənzil sahiblərinə, adətən, 2 illik kirayə haqqı ödəyir, inşa ediləcək binada onlara yeni mənzil təklif edir və müqavilə əsasında söküntü işləri həyata keçirirlər. Ancaq bu məsələdə risklər var.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Vüqar Bayramov hesab edir ki, ilk baxışdan inşaat şirkətlərin təklifi normaldır: “Bina inşa edilənədək kirayə haqqı ödənilir, daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük olan mənzilə sahib olur.

Amma proses belə olmaya da bilər. Risklər siğortalanmadığından gələcək inşaat şirkəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməsə, vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil. Məsələn, təsəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü, yeni binanın inşası zamanı müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda sakinləri yeni mənzillə hansı şirkət təmin edəcək?

Sakinlərlə inşaat şirkəti arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan tikintinin başa çatdırılması üçün tələb olunan xərci aktivləri satmaq hesabına ödəməsi də mümkün deyil. Buna görə də, gələcəkdə belə hallar baş verərsə, sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var”.

Mütəxəssis hesab edir ki, risklərin sığortalanması tikinti şirkətlərinin işə başlaması üçün əsas tələblərdən biri olmalıdır: “Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaat işi aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o, yeni mənzillə təmin ediləcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər