4 Dekabr 2017 15:09
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası dekabrın 6-8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində olacaq.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir.

İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.


Müəllif: Səxavət

Oxşar xəbərlər