18 Fevral 2018 22:59
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Metrovaqonmaş" MMC ("Transmaşholdinq" QSC-nin tərkibinə daxildir) və "Bakı Metropoliteni" QSC arasında "81-765/766" modelli iki beşvaqonlu qatarın Azərbaycana tədarükünə dair müqavilə imzalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Transmaşholdinq"in Xarici Əlaqələr Müdirliyi məlumat yayıb.

Bildirilir ki, hər bir qatarda iki baş və üç aralıq mühərrikli vaqon olacaq. Onların istifadə müddəti 31 ildir.

İlk qatarın cari ilin mart ayında Bakıya gətirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər