21 Fevral 2018 13:49
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Strateji Yol Xəritələrinin icrası ilə bağlı iclas keçirilib.

MBNP-dan Teleqraf.com-a verilən məlumata görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.

Bildirilib ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub.

2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd. manat olub.

Bununla yanaşı, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə bankın problemli aktivləri Aqrarkredit QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər