Azərbaycan neftinin qiyməti bahalaşır.
Teleqraf.com xəbər verir ki, “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti 0,99 dollar bahalaşaraq 67,53 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 62,82 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin qiyməti isə 66,37 dollar olub.