İranda dolların məzənnəsi yenidən rekord vurub.
Teleqraf.com xəbər verir ki, İranda dolların məzənnəsi 14 min tümən səviyyəsinə çataraq rekordu təzələyib.
Dünən 1 ABŞ dolları 12 min tümən olub.
İranda dolların hədsiz yüksəlişi qarşısını almaq üçün aprelin 10-də valyutadəyişmə məntəqələri bağlanıb.İnzibati tədbirlər dolların yüksəlişini dayandıra bilməyib.
Tehran valyutanın məzənnəsini sərbəst buraxmaq qərarına gəlib.