Dünya birjalarında neftin qiyməti bahalaşır.
Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,91 dollar artaraq 62,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,47 dollar bahalaşaraq 55,26 dollar təşkil edib.