Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxtda həftəsonu satış yarmarkalarının təşkili davam etdirilir.
Teleqraf.com xəbər verir ki, 7, 13-14, 20-2i, 27-28 apreldə Nizami küçəsi, 154 ünvanında (Landmark Biznes Mərkəzinin yaxınlığında) keçiriləcək satış yarmarkasında alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.