10 Avqust 2020 15:10
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 12 min dolları ötüb.

Teleqraf.com xəbər verir ki, bu gün rəqəmsal pulun qiyməti 12 min 78 dollara çatıb.

Bitkoinin avqust müqavilələrinin qiyməti isə 12 min 175 dollara yüksəlib. Beləliklə ən yüksək bazar dəyəri olan kriptovalyuta bu il 68 faiz qazanıb.

Qeyd edək ki, bitkoin avqustun 9-da 2.64 faiz artaraq 11 987 dollar səviyyəsində əməliyyat görüb.


Müəllif: Yeganə Oqtayqızı