12 Avqust 2020 14:48
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) epidemiyası qlobal ticarət münasibətlərindəki dəyişikliyi sürətləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq kredit reytinqi agentliyi “Moody's” proqnozlaşdırır.

Bildirilir ki, təchizat zəncirlərinin daha möhkəm, parçalanmış və bölgəyə yönəlmiş olma ehtimalı var. Qlobal ticarət əlaqələrində köklü dəyişikliklər xüsusən Asiyada sürətlənəcək.

Şirkətlərin güclü tədarük zəncirləri yaratmaq üçün həm diversifikasiya, həm də bölgələşmə strategiyasından istifadə edəcəyi bildirilib. Eyni zamanda şaxələndirmə strategiyasında vahid bir təchizatçıdan asılılığı azaltmaq da hədəflənib.

Tədarük zəncirindəki dəyişikliklərin əhatəsi sektora görə dəyişəcək. Ən böyük dəyişikliklərin əczaçılıq sənayesi kimi strateji əhəmiyyətə sahib sahələrdə olacağı qeyd olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər