Cari ilin sentyabrında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 511,4 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət, 618,6 min nəfəri isə qeyri-dövlət bölmələrində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi isə tikinti sahəsində çalışıb.
Həmin dövrdə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat təşkil edib. İnşaat sektorunda orta aylıq nominal əmək haqqı daha yüksək olub.