28 Avqust 2020 17:01
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq investisiya bankı “Goldman Sachs” avqustun 29-na qədər Malayziyaya ödəməli olduğu 3,9 milyard dolların 2,5 milyard dollarını transfert edib.

Teleqraf.com xəbər verir ki, “Goldman Sachs” Malayziyadan qaçaq yolla çıxarılan vəsaitlər üçün ilk ödənişi avqustun 27-də edib.

İctimai İnkişaf Fondu (1MDB) bankın korrupsiya qarışdığını təsbit etmişdi. Vəsaitin qalan 1,4 milyard dolları isə Malayziya hökumətinin banka qarşı iddiaları ləğv edildikdən sonra ödəniləcək.

“Goldman Sachs” buraxılmış vəsaitlər üçün Malayziyaya hesablaşma haqqı ödəməyi təsdiqləmişdi. Malayziya Baş Prokurorluğu 1MDB fonduna aid istiqraz satışında investorlara səhv məlumat verdiyini və satışdan əldə edilən gəlirlərin sui-istifadəsinə vasitəçilik etdiyi iddiası ilə 2018-ci ilin dekabrında “Goldman Sachs”a qarşı fırıldaqçılıq və qanunsuzluq ittihamı irəli sürmüşdü.

“Goldman Sachs”ın korrupsiyaya qarışmasının qarşılığında Malayziya hökuməti bankdan 6,5 milyard dollar təzminat tələb etmişdi.

2009-cu ildə keçmiş Baş nazir Necip Rezak tərəfindən qurulan və 2015-ci ildə korrupsiya ittihamları ilə gündəmə gələn 1MDB fondundan 4,5 ilə 7 milyard dollar arasında qaçaqmalçılıq yolu ilə pul çıxarıldığı təxmin edilir.

Korrupsiya ilə məşğul olan sabiq Baş nazir Necip Rezak 12 il həbs cəzası və 210 milyon Malayziya ringgiti cərimə cəzasına məhkum edilib. Malayziya 12 ölkədə itirilmiş vəsaitlərinin axtarışını davam etdirir.


Müəllif: Yeganə Oqtayqızı